Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun keçmiş deputat və general Manvel Qriqoryanın varislərinə və onunla əlaqəli şəxslərə qarşı iddiasını qismən təmin edib.
Baş Prokurorluğun məlumatına görə, 2020-ci ildə vəfat etmiş və korrupsiya cinayətlərində ittiham olunan Manvel Qriqoryanın ailəsindən və yaxınlarından dövlətin xeyrinə 1,2 milyard dramdan çox dəyərində əmlak və pul vəsaitləri müsadirə ediləcək.
Qeyd olunur ki, prokurorluq qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı iddianı 2022-ci il iyunun 28-də məhkəməyə təqdim etmişdi.
Məlumata əsasən, iddianın təmin olunmamış hissəsi ilə bağlı Baş Prokurorluq apeliyasiya şikayəti verməyi planlaşdırır.
“AzPolitika.info”


Şərhlər
Guya Azərbaycanda belə deputat.nazir.məmur yoxdur? Sadəcə onları kimsə himayə edir,bağışlayır san bilmir.Misal:Mehdiyev.,Z.Məmmdov,və sairə və sairə.Əsinə onlar yüksık sviyyədə qorunurlar..