Menu

AMB-nin valyuta ehtiyatları bu ilin sonunda 11,9 milyard dollar olacaq

21.10.2025, 11:10
AMB-nin valyuta ehtiyatları bu ilin sonunda 11,9 milyard dollar olacaq

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının bu ilin sonuna 11,9 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə "Report" IMF-ə istinadən xəbər verir.

Fond gələn ilin sonuna isə AMB-nin valyuta ehtiyatlarının 11,7 milyard ABŞ dollarına, 2030-cu ilin sonuna isə 9,6 milyard ABŞ dollarına qədər azalacağını proqnozlaşdırır.

Bu il oktyabrın 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 310,5 milyon ABŞ dolları təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,2 % artıb, son 1 ildə isə 4,1 % azalıb.

Şərhlər

Mühasib 2025-10-21 11:30:24

Bu ehtiyat olduqca azdır.Heç bir il büdcəsini ödəmir? bu daha çox ola bilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol