Menu

Yaponiya tarixində ilk - Qadın baş nazir oldu

21.10.2025, 12:49
Yaponiya tarixində ilk - Qadın baş nazir oldu

Yaponiya parlamenti Liberal-Demokratik Partiyanın (LDP) lideri Sanae Takaçini ölkənin yeni baş naziri seçib. Bu, Yaponiya tarixində baş nazir vəzifəsinə seçilmiş ilk qadın deməkdir.

Seçkilərdə 465 deputatdan 237-si Takaçiyə səs verib, onun rəqibi, Yaponiya Konstitusiya-Demokratik Partiyasının lideri Yosihiko Noda isə 149 səs toplayıb. Takaçinin qələbəsi, LDP-nin “Yaponiya İnnovasiya Partiyası” ilə alyans bağlamasından sonra mümkün olub. İndi yeni baş nazir hökuməti formalaşdırmalıdır.

Oktyabrın əvvəlində 64 yaşlı Sanae Takaçi LDP-nin sədri seçilmişdi. Bu seçkilər, keçən il baş nazir postuna gəlmiş Şigeru İşibanın cəmi bir il xidmət etdikdən sonra istefa verməsi ilə bağlı keçirilib.

Liberal-Demokratik Partiya Yaponiya siyasətində ən böyük siyasi qüvvədir və 1955-ci ildən etibarən (cəmi dörd il istisna olmaqla) hakimiyyətdədir. 2009-cu ildən bəri LDP, Komeito partiyası ilə koalisiya şəklində idarə edir.

Qeyd olunur ki, keçən il LDP Aşağı Palatada əksəriyyəti itirmişdi, lakin koalisiya tərəfdaşlarının dəstəyi ilə hakimiyyətdə qala bilmişdi. Bu ilin iyul ayında isə partiya Yuxarı Palatada da əksəriyyəti itirib. Analitiklər bunu ultra-sağçı “Sanseito” partiyasının seçkilərdə qazandığı uğurla əlaqələndirirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol