Menu

Sahibə Qafarova və Alen Simonyan görüşüb - FOTO

21.10.2025, 13:56
Sahibə Qafarova və Alen Simonyan görüşüb - FOTO

Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş başa çatıb.

Görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 2025-ci il oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.

Bildirilib ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol