Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim olunması ilə bağlı məlumat prezidentin rəsmi saytından çıxarılıb.

“AzPolitika” bildirir ki, bu barədə “AzPost” saytı xəbər yayıb. Qeyd olunur ki, bu barədə məlumat səhifədə artıq yoxdur. (https://president.az/az/articles/view/34553)

Bununla belə “AzPolitika” araşdırıb ki, sözügedən məlumat rəsmi dövlət agentliyi “AzərTac”ın səhifəsində mövzuddur. (https://azertag.az/xeber/prezident_ilham_eliyev_ramiz_mehdiyevi_qebul_edib_ve_ona_heyder_eliyev_ordenini_teqdim_edib_yenilenib_video-1346272)

Qeyd edək ki, Ramiz Mehdiyevə “Heydər Əliyev” ordenini 2019-cu ilin oktyabrın 23-də verilib.

Xatırladaq ki, Ramiz Mehdiyevə dövlətə xəyanət ittihamı ilə cinayət işi açılıb. Bakı şəhəri Səbail rayon məhkəməsi onun barəsində cinayət işi üzrə qərar qəbul edrək ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir.

“AzPolitika.info”