Menu

Tanınmış vəkilin evi qarət olundu

22.10.2025, 12:12
Tanınmış vəkilin evi qarət olundu

Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.

"AzPolitika" xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar: "Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb: "İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol