Menu

AYNA qarşısında izdiham - Taksi sürücüləri icazə sənədi üçün gecədən növbəyə durmalı olurlar + VİDEO

22.10.2025, 14:33
AYNA qarşısında izdiham - Taksi sürücüləri icazə sənədi üçün gecədən növbəyə durmalı olurlar + VİDEO

AYNA-nın yeni tətbiq etdiyi qaydalar taksilərin sayını məhdudlaşdırsa da, indi buraxılış vərəqi almaq prosesi sürücülər üçün ciddi problemə çevrilib. Onlar sənəd əldə etmək üçün saatlarla, bəzən gecənin yarısınadək növbədə gözləməyə məcbur qalırlar.

Yeni qərara əsasən, paytaxtda taksi fəaliyyəti üçün ümumilikdə 25 min icazə limiti müəyyən edilib. Limitin tətbiqinə az vaxt qaldığı üçün sürücülər sənəd almaq məqsədilə günün istənilən saatında növbəyə düzülürlər.

İcazələrin verilməsi müraciət ardıcıllığı və növbəlilik prinsipi əsasında həyata keçirilir. Lakin sürücülər bildirirlər ki, sistemdəki nizamsızlıq və uzun gözləmə saatları prosesi çətinləşdirib:“Gecə-gündüz buradayıq, amma kim gəlir, kim gedir – heç kim bilmir!” – deyə narazı taksi sürücüləri qeyd ediblər.

Onlar aidiyyəti qurumlardan növbə sisteminin şəffaf şəkildə qurulmasını və sənədvermə prosesinin sürətləndirilməsini tələb edirlər.

Şərhlər

Cavan 2025-10-22 15:11:14

AYNA birbaşa insanları inğidərək dövlətdən narazı salmaqla məşğuldur.Bu adamlar bazar iqtisadiyyatı nədir xəbərləri yoxdur.İşsizliyin baş alıb ğetdiyi vaxtda insanları belə incitmək cinayətdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol