Bu gün İran prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində Urmiya şəhərində ziyalılar və vətəndaş cəmiyyəti fəalları ilə görüş keçirib. Görüş zamanı prezident yenidən Azərbaycan dilində şeir səsləndirərək, tədbir iştirakçılarında coşqu yaradıb.
Pezeşkian, böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir parça oxuyub və insanlıq, vətən sevgisi, xeyirxahlıq kimi dəyərləri ön plana çəkən misralarla çıxışını müşayiət edib.
Prezidentin dilindən səslənən “Göylər bütün dumandır, günlərimiz yamandır”, “Yaxşılığı əlimizdən alıblar”, “Yaxşı bizi yaman günə salıblar” kimi ifadələr salondakı dinləyicilər tərəfindən emosional alqışlarla qarşılanıb.
"AzPolitika.info"

Şərhlər
İLAHİ NECƏ DƏ GÖZƏL, SƏMİMİ, SADƏ, LƏYAQƏTLİ BİR ŞƏXSİYYƏTDİR MƏSUD QARDAŞIMIZ!!!...CAN SAĞLIĞI ARZULAYIRAM...