Menu

Bütün dünyaya səs salan filmin görüntüləri - VİDEO

24.12.2014, 16:41
Bütün dünyaya səs salan filmin görüntüləri - VİDEO

"Sony Pictures Entertainment"in istehsalı olan filimin yayımını ABŞ prezidenti Barak Obama da dəstəkləyib

Kim Çen Inın öldürülməsi haqqında film ABŞ-da 300-dən çox kinoteatrda yayımlanacaq.

ANS PRESS-in məlumatına görə, komediya janrında çəkilən filmin nümayişinə dekabrın 25-dən etibarən başlanılacaq. "Sony Pictures Entertainment"in istehsalı olan filmin yayımını ABŞ prezidenti Barak Obama da dəstəkləyib.

"Sony Pictures"in icraçı direktoru Maykl Linton bildirib ki, onlar filmin daha çox kinoteatrda nümayiş olunmasına və auditoriyanı genişləndirməyə çalışacaqlar. Filmin rejissoru Set Roqen isə öz sevincini "Twitter"də "azadlıq qalib gəldi! Sony təslim olmadı!" şərhilə bildirib.

Qeyd edək ki, "Müsahibə" filmində göstərilir ki, iki jurnalist Kim Çen Indan müsahibə almaq imkanı qazanır. Lakin sonradan onlara Şimali Koreya prezidentini öldürmək tapşırığı verilir. Belə süjet xəttinə görə "Sony Pictures" filmin təqdimatını təxirə salmışdı. Hollivud və bir çox aktyorlar bu qərarı tənqid etdikdən sonra "Sony" geri addım atdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol