Menu

Avropada vərəmlə bağlı həyəcan - Yoluxma halları son illərin rekord səviyyəsinə çatdı

27.10.2025, 11:27
Avropada vərəmlə bağlı həyəcan - Yoluxma halları son illərin rekord səviyyəsinə çatdı

Avropada, xüsusilə də İngiltərədə vərəm (tüberküloz) halları son illərin ən yüksək göstəricisinə yüksəlib. 

Rəsmi məlumatlara görə, İngiltərədə 2024-cü ildə qeydə alınan vərəm halları əvvəlki illə müqayisədə 14 faiz artıb. Bu göstərici ölkədə milli qeydiyyat sisteminin tətbiqindən bəri müşahidə olunan ən yüksək illik artım kimi qeydə alınıb.

Xəstəlik əsasən ağciyərləri zədələyir. Ən çox rast gəlinən əlamətlər arasında uzunmüddətli öskürək, yüksək hərarət, gecə tərləməsi və qəfil arıqlama yer alır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, üç həftədən çox davam edən öskürəyi və izaholunmaz çəki itkisi olan şəxslər vaxt itirmədən tibbi müayinə və testlərdən keçməlidirlər.

Hazırda yoluxma halları əsasən London, Vest Midlands, Yorkshire və İngiltərənin cənub-qərb bölgələrində daha intensiv baş verir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol