Menu

Paytaxtda piyadaların vurulması ilə nəticələnən qəzalardan görüntülər - VİDEO

27.10.2025, 12:00
Paytaxtda piyadaların vurulması ilə nəticələnən qəzalardan görüntülər -  VİDEO

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı videoçarx yayıb.

"AzPolitika" xəbər verir ki, mərkəzin müşahidə kameralarının təhlili göstərib ki, bu qəzalara əsasən diqqətsizlik və məsuliyyətsizlik səbəb olur.

Qəzaların əksəriyyəti piyada keçidlərinin yaxınlığında, lakin keçidlərdən kənarda baş verir. NİİM-in məlumatına görə, həm sürücülərin sürət həddini aşması, məsafə saxlamaması, həm də piyadaların svetofor siqnallarına əməl etməməsi hadisələrin başlıca səbəbləridir.

Mərkəz hər kəsi diqqətli olmağa çağıraraq xatırladıb:“Həyat və sağlamlığımız üçün vacib olan qismət deyil, diqqət və məsuliyyətdir!”.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol