Menu

Hindistan zavodları Rusiya neftindən imtina etməyə başladı

28.10.2025, 16:36
Hindistan zavodları Rusiya neftindən imtina etməyə başladı

ABŞ Prezdenti Donald Trampın davamlı təzyiqlərindən və Birləşmiş Ştatların “Lukoyl” və “Rosneft” kimi enerji nəhənglərinə qarşı sanksiyaları səbəbindən Hindistanın neft emalı zavodları Rusiya nefti üçün sifarişləri ləğv etməyə başlayıb.

“Reuters” agentliyinin yaydığı məlumata görə, bundan əlavə bəzi Hindistan neft emalı zavodları məhdudiyyətlərə məruz qalmamaq üçün əvvəllər sifariş edilmiş yükləri belə ləğv edib.

Mənbələr bankların sanksiya tətbiq edilən mallar üçün ödənişləri qəbul etməkdən imtina etdiyini təsdiqləyib. Rusiya neftinin ən böyük alıcısı olan “Reliance” yeni məhdudiyyətlərə ciddi şəkildə riayət etmək niyyətini bildirib. Hindistan şirkətləri indi sanksiya tətbiq edilməyən rusiyalı treyderlərdən yükləri qəbul edə biləcəklərini gözləyirlər.

“Bloomberg” agentliyi isə yazır ki, dövlətə məxsus bəzi Hindistan neft emalı zavodları “Rosneft” və “Lukoyl” ilə əlaqəsi olmayan kiçik təchizatçılardan endirimli qiymətlərlə Rusiya neftini almağa davam edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol