Menu

Türkiyə XİN başçısının müavini Hikmət Hacıyev və Xələf Xələfovla görüşüb - İkitərəfli münasibətləri müzakirə edib

28.10.2025, 21:03
Türkiyə XİN başçısının müavini Hikmət Hacıyev və Xələf Xələfovla görüşüb - İkitərəfli münasibətləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci ilə görüşüb.

"Report"un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

Bununla yanaşı, türkiyəli diplomat Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla da görüşüb.

Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol