Menu

Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib

28.10.2025, 21:32
Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib

Rəsmi Vilnüs Belarus məhsullarının Litva ərazisindən Rusiyanın Kalininqrad vilayətinə tranzitinə qadağa qoyulmasını nəzərdən keçirir.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə bildirib.

Nauseda vurğulayıb ki, söhbət Rusiya yüklərindən deyil, Belarusda istehsal olunan mallardan gedir. O bildirib ki, tranzit qadağası ciddi təzyiq vasitəsidir.

O, həmçinin Minskə qarşı sanksiyaların genişləndirilməsini də istisna etməyib: "Aİ məhdudiyyətləri kalium gübrələrinə tətbiq olunur, lakin bu, azot gübrələrinə şamil edilmir."

Litva daha əvvəl Qərb sanksiyalarının bir hissəsi olaraq kalium gübrələri də daxil olmaqla Belarus yüklərinin tranzitini dayandırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol