Ədalət Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlyas İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 53 yaşının tamam olması münasibətilə təbrik edib. Təbrikdə deyilir:
"Sizi - Azərbaycan Respublikasının Prezidentini 53 yaşınızın tamam olması münasibətilə təbrik edirəm, şəxsinizə və ailə üzvlərinizə möhkəm can sağlığı arzulayıram.
Siz, olduqca mürəkkəb və problemlərlə dolu bir şəraitdə, çox həssas bölgədə yerləşən Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli, eyni zamanda, yüksək məsuliyyətli bir vəzifə tutmuş, ölkənin daxilində və beynəlxalq münasibətlərdə müstəqil Azərbaycan dövlətini təmsil edirsiniz.
Sizə çoxsahəli taleyüklü fəaliyyətinizdə - Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında, ərazi bütövlüyünün bərpa edilməsində, Azərbaycan Respublikası Konstitusiyasının Sizə verdiyi çoxsaylı, lakin şərəfli və olduqca gərgin əmək və məsuliyyət tələb edən səlahiyyətlərinizin həyata keçirilməsində uğurlar diləyirəm."


Şərhlər