Oktyabrın 29-na keçən gecə Rusiyanın Stavropol diyarında yerləşən Budyonnovsk şəhərində pilotsuz uçuş aparatları “Lukoil” korporasiyasına məxsus “Stavrolen” neft-kimya müəssisəsinə hücum edib.
Hadisə barədə “Astra” Telegram kanalı məlumat yayıb.
Şəhərdə bir neçə güclü partlayış səsi eşidilib, ardınca isə yanğın başlayıb.
İlkin məlumatlara görə, zərbə Rusiyanın əsas polietilen və polipropilen istehsalçılarından birinə — “Stavrolen” müəssisəsinə endirilib.
Stavropol diyarının rəhbəri Vladimir Vladimirov hücum faktını təsdiqləyib, lakin ciddi nəticələrin olmadığını bildirib:“Xoşbəxtlikdən, xəsarət alan yoxdur və mühüm zərər qeydə alınmayıb. Dron qalıqlarının düşdüyü ərazidə xilasedicilər işləyir".
"AzPolitika.info"


Şərhlər