Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəfael Abbasov dəfn edilib.
"Report" xəbər verir ki, Rəfael Abbasovun Hövsan qəsəbəsindəki evində baş tutan vida mərasimindən o, Suraxanı rayon DədəQorqud qəbristanlığında torpağa tapşırılıb.
Dəfndən əvvəl cənazə namazı qılınıb, dualar oxunub.
Dəfn mərasimində mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhid Rəfael Abbasov 26 oktyabr 1975-ci ildə Qərbi Azərbaycanda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. R.Abbasov 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.


Şərhlər