Menu

Bakının Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri vəzifəsindən azad oluna bilər

30.10.2025, 14:32
Bakının Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri vəzifəsindən azad oluna bilər

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri vəzifəsindən azad oluna bilər.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.

Vurğulanıb ki, müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib.

Bununla əlaqədar Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəhbərinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılıb.

Şərhlər

Vətəndaş 2025-10-30 17:23:56

Belə bir trestin varlığını.fəaliyyətini görən.eşidən varmı? Bəs bunlar nə ilə məşğul olurlar? Əhali bunu bilmir və belə idarə tanımır.Ayıb!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol