Rusiya Ukraynaya 650-dən çox PUA və 50-dən artıq raketlə hücum edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Zelenskinin sözlərinə görə, hücumlar nəticəsində Zaporojye şəhərində 2 nəfər həlak olub, 5-i uşaq olmaqla onlarla insan yaralanıb. Şəhərdə yaşayış binaları və tələbə yataqxanası da daxil olmaqla mülki infrastruktur obyektləri ciddi zərər görüb.
Prezident hücumları “həyata qarşı terror savaşı” adlandıraraq, Rusiyanın məqsədli şəkildə dinc əhalini hədəfə aldığını vurğulayıb.
Ukrayna rəhbərliyi bildirir ki, son günlər Rusiya ordusu hava hücumlarının intensivliyini artırıb və müxtəlif tipli PUA-lardan, həmçinin balistik və hipersəs raketlərindən geniş şəkildə istifadə edir.
"AzPolitika.info"


Şərhlər