Menu

Ukraynanın taleyi həll olunur

24.12.2014, 20:14
Ukraynanın taleyi həll olunur

Danışıqlarda Ukrayna, Rusiya, ATƏT təmsilçiləri iştirak edir

Bu gün Minskdə Ukrayna böhranı üzrə danışıqların yeni mərhələsi başlanıb.

ANS PRESS-in məlumatına görə, danışıqlarda Ukrayna, Rusiya, ATƏT təmsilçiləri iştirak edir.

Bəzi təmsilçilərin Belarus paytaxtına gəlməsində ləngimələr olduğundan danışıqlara vaxtından bir az gec start verilib.

Qeyd edək ki, ən effektli razılaşma hesab edilməsinə baxmayaraq, sentyabrın 5-də Minskdə atəşkəs sazişi bağlanandan bəri Ukraynada 1000-dən çox adam ölüb.

Hazırki danışıqlarda məqsəd atəşkəsi itkisiz davam etdirməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol