Menu

Si Cinpinlə keçirilən görüş hər iki ölkə üçün möhtəşəm olub - Tramp

02.11.2025, 09:14
Si Cinpinlə keçirilən görüş hər iki ölkə üçün möhtəşəm olub - Tramp

Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirilən görüş hər iki ölkə üçün möhtəşəm olub.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu görüş əbədi sülhə və uğura gətirib çıxaracaq”, – deyə ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, oktyabrın 30-da Donald Tramp və Si Cinpin Cənubi Koreyanın Busan şəhərində danışıqlar aparıblar. İki lider 2019-cu ildən sonra ilk dəfə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol