ABŞ Prezidenti Donald Tramp Nigeriyada xristianlara qarşı törədildiyi iddia edilən zorakılıqda yerli hakimiyyəti yenidən ittiham edərək bildirib ki, əgər hücumlar dayandırılmazsa, Vaşinqton həmin ölkəyə hərbi şəkildə müdaxilə edə bilər.
APA xəbər verir ki, Tramp bu fikirləri Truth Social platformasında paylaşaraq qeyd edib ki, o, Pentaqona mümkün əməliyyatlara hazır olmaq tapşırığı verib.
Tramp əlavə edib ki, əgər belə bir əməliyyat həyata keçirilərsə, “o, sərt, sürətli və çevik olacaq”.


Şərhlər
Putində ukrayniyaya belə səbəblərdən ötəri müdaxilə və sonradan işğal etdi.Afrikanın ən böyük əhalisi olan dövlətin dili ingilis dilidir,üstəlik əhalinin çoxu musalman,üstəlik böyük neft ölkəsi,harda nisbətən zəif amma yer altı yer üstü sərvəti olan dövlətlər var ABŞ oraya muxtəlif bahanələrlə hücüm etmək əmrini verir,bir sözlə məhəlli dillə desək həmin ölkələri qazlamağ istəyir.