Menu

“Maduronun günləri sayılıdır” - Tramp

03.11.2025, 10:46
“Maduronun günləri sayılıdır” - Tramp

ABŞ Prezidenti Donald Tramp "CBS" telekanalında yayımlanan "60 Minutes" proqramında verdiyi müsahibədə Venesuela ilə yaşanan gərginlikdən danışıb.

Tramp Venesuela lideri Nikolas Maduronun günlərinin sayılı olduğunu bildirib və ABŞ-yə qarşı “pis rəftar” edildiyini vurğulayıb.

Müsahibədə ABŞ-nin Venesuelaya hərbi müdaxilə edib-etməyəcəyi sualına cavab verərkən Tramp deyib ki, bu ehtimalı şübhə ilə qarşılayır. O, eyni zamanda Venesuelanın təkcə narkotik probleminin olmadığını, həbsxanalarından, psixi sağlamlıq müəssisələrindən ABŞ-yə yüz minlərlə insan göndərildiyini bildirib.

ABŞ-nin Venesuelanın ərazisinə hərbi hücum edib-etməyəcəyi barədə suala isə Tramp “Bu doğru və ya deyil — bunu sizə deməyə hazır deyiləm. Bu cür şeyləri jurnalistlərə deməyəcəyəm” deyə cavab verib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol