Menu

SADƏ VƏTƏNDAŞDAN YÜZ DƏFƏ VARLI - İcra başçılarına dövlət də yüksək maaş verir, amma... + RƏQƏMLƏR

03.11.2025, 21:00
SADƏ VƏTƏNDAŞDAN YÜZ DƏFƏ VARLI - İcra başçılarına dövlət də yüksək maaş verir, amma... + RƏQƏMLƏR

Azərbaycanda yüksək vəzifəli məmurların gəlirlərinin yalnız dövlətdən aldıqları maaş və əlavələrlə məhdudlaşmadığı sirr deyil. Onların əksəriyyəti bahalı həyat tərzi sürür, milyonlarla manat dəyərində daşınmaz əmlaka, avtomobillərə və böyük dövriyyəsi olan biznes strukturlarına sahibdirlər. Bu sərvət, əlbəttə, dövlət büdcəsindən müxtəlif üsullarla yayındırılan vəsaitlər hesabına formalaşır.

Başlıca olaraq büdcə hesabına maliyyələşən layihələr formal tenderlərlə yaxın şəxslərin adına açılmış şirkətlər vasitəsilə ələ keçirilir və daha sonra mənimsənilir. Bundan başqa, rayon ərazisində iri torpaq sahələri ələ keçirilir, dövlətin sahibkarlığın inkişafı üçün ayırdığı vəsaitlər hesabına həmin ərazilərdə bağlar, fermer təsərrüfatları, istehsalat obyektləri yaradılır və gəlir əldə edilir.

İcra başçılarının daha bir qazanc mənbəyi “ölü ştatlar” hesabına büdcə vəsaitlərinin mənimsənilməsidir. Ötən illərdə həbs edilmiş icra başçılarının yüzlərlə vətəndaşın adına maaş kartları açdıraraq, onlara köçürülən maaşları mənimsədikləri məlum olmuşdu. Bu gəlir mənbəyindən bu gün də bir çox rayonlarda istifadə olunur.


Rayon “padşahlarının” ənənəvi “çörəyi” isə rüşvətdən çıxır. Bölgə miqyasında kadr dəyişikliklərindən xeyli vəsait əldə olunur.

Bütün bu qanunsuz fəaliyyətlər hesabına əldə edilən pullar rayonlarda, Bakıda, hətta ölkə xaricində sərmayə kimi yerləşdirilir. Rayon rəhbərlərinin əksəriyyəti Bakıda mənzillər, ticarət obyektləri və digər daşınmaz əmlaklara sahib olaraq oradan böyük gəlir əldə edirlər.

Bəzi icra başçılarının isə səsi-sorağı Londondan, Parisdən, Praqadan, Karlovi-Varıdan, Monakodan və Türkiyədən gəlir. Onlar əsasən hökumətdə daha iri məmurların yaxın ətrafına daxildirlər və tutduqları post da həmin şəxslərin nüfuzu hesabına əldə olunub. Bu çevrələr digərləri ilə müqayisədə daha böyük var-dövlətə sahibdirlər, çünki iri miqyaslı “çirkli işlərə”, layihələrə cəlb olunurlar və s.

Qeyd edək ki, icra başçılarının maaşları da Azərbaycanda orta aylıq əməkhaqqından 5–8 dəfə yüksəkdir. Üstəlik, dövlət qulluqçusu kimi onlar əlavələr də alırlar və nəticədə aylıq rəsmi gəlirləri bəzi rayonlarda 8–10 min, bəzən isə 13 min manata qədər yüksəlir.

Rəsmi məlumata görə, bu vəzifə sahiblərinin əsas maaşları əhali sayına görə müəyyən olunur və 3 800 – 7 650 manat aralığında dəyişir.

KateqoriyaƏsas maaş (manat)
Bakı şəhəri icra başçısı7 650
Gəncə və Sumqayıt şəhərləri5 625
Əhalisi 100 min nəfərdən çox olan rayonlar4 587
Əhalisi 50–100 min nəfər olan rayonlar4 225
Əhalisi 50 min nəfərdən az olan rayonlar3 837
Prezidentin 2022-ci il 1 mart tarixli 1609 nömrəli Fərmanına əsasən, bütün icra başçılarına vəzifə maaşının 1,5 misli qədər aylıq əlavə ödəniş verilir. Bu, praktik olaraq onların maaşlarını təxminən 50 faiz artırır.Beləliklə, real gəlirlər aşağıdakı kimi formalaşır:
KateqoriyaƏsas maaş (manat)Əlavə (1,5x)Ümumi gəlir (təxminən)
Bakı şəhəri icra başçısı7 650+3 825≈ 11 500 manat
Gəncə və Sumqayıt şəhərləri5 625+2 812≈ 8 400 manat
Böyük rayonlar4 587+2 293≈ 6 880 manat
Orta rayonlar4 225+2 112≈ 6 300 manat
Kiçik rayonlar3 837+1 918≈ 5 750 manat

Bundan başqa, bəzi bölgələrdə icra başçılarına xidmət illərinə görə, sərhəd və dağlıq ərazilərdə işləməyə görə, həmçinin ezamiyyə və təmsil xərcləri üçün əlavə vəsait ayrılır.

Yəni rəsmi sənədlərdə göstərilən 3–7 min manatlıq maaş əslində onların tam gəlirinin yalnız bir hissəsidir. Reallıqda bəzi başçıların aylıq gəliri 12–13 min manata qədər yüksəlir.

Onu da qeyd edək ki, icra başçıları dövlət tərəfindən başqa imtiyazlarla da təmin olunurlar — xidməti avtomobil, tibbi sığorta, sanatoriya göndərişləri və s. Eyni zamanda, onlar çox vaxt vəzifələrindən sui-istifadə edərək özləri üçün ultra komfort şərait yaradırlar.

Bütün bunları nəzərə aldıqda, icra başçılarının sadə vətəndaşla müqayisəyə gəlməz dərəcədə varlı, təminatlı həyat sürdüyü aydın olur. Onların övladları və yaxın çevrələri də dövlət hesabına əldə olunan sərvətlər içində bəzən harın böyüyür, cəmiyyət üçün yararsız adamlara çevrilirlər. Bəzən isə həmin “harınlıq” elə onların öz başlarına bəla olur.

Rasim

“AzPolitika.info”

Şərhlər

Xalq 2025-11-19 17:42:25

Dövlət icra başçılarına yüksək maaş verir.amma tələb və nəzarəti nədənsə unudur.İcra başçıları da bunu bildiklərindən özbaşınalıq edir,əhalini incidir.problemlərinəbiganə qalırlar.İcra başçılarıyerli vətəndaşlardan normal seçki yolu ilə təyin edilsə belə hallar baş verməz

Oxucu 2025-11-08 22:33:13

Şəki İcra başçısının xeyli ssyda Fillaları var, onlar dövlətin nəfinə keçməlidir, özünədə qanuni qayda da cəza tədbiri görülməlidir ! Onun birinci müavini 28 il, bu vəzifədə işləyən həsən Həsənov düz 70 yaşı tamam olana kimi bu vəzifədə işləmiş, işdən azad olunan kimi İcra Hakimiyyətinin İctimai Şurasının sədri vəzifəsinə elxan Usubov təyin etmişdir, əmlaklarını qorumaq üçün !

Vətəndaş 2025-11-05 12:25:20

Niyə icra başçıları mühəndisdən,həkimdən,müəllimdən yüz dəfə varlı olmalıdır? Bu necə idarəçilikdir?

Vətəndaş 2025-11-04 13:19:29

İcra haimiyyətlərində baş verən rüşvət,mənisəmə,işə qəbul halarnda qanun pozuntularını müvafiq nəzarət qurumlar,,Preident Administrasiyası niyə qarşısını ıalmaq istəmir?Axı bunu hamıbilir.

SADƏ VƏTƏNDAŞ 2025-11-04 09:51:06

quldurlar
quldarlıq qurluşu

Akif xəlilzadə 2025-11-03 16:48:06

Qaradağın icra başçısı cəzadan qaçacaqmı?
CM-də, vəzifəli şəxslər rüşvət alma və vıtənə xəyanət maddəkəri ilə ölüm cəzaaına məhkum edilməlidirlər. Dərin yoxlamalar aparılmalı özlərinin və birinci dərəcəli qohumlarının əmlakları milliləşdirməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol