Menu

Qəzzada xarici qüvvələrin yerləşdirilməsi məsələsi BMT TŞ-nin təsdiqini tələb edəcək - Hakan Fidan

03.11.2025, 21:03
Qəzzada xarici qüvvələrin yerləşdirilməsi məsələsi BMT TŞ-nin təsdiqini tələb edəcək - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Qəzza zolağında xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı işlər davam edir və bu məsələ BMT Təhlükəsizlik Şurasının təsdiqini tələb edəcək.

APA xəbər verir ki, nazir bu barədə İstanbulda Qəzza məsələsinə həsr olunmuş yeddi müsəlman ölkəsinin xarici işlər nazirinin görüşündən sonra danışıb.

“Əvvəlcə bu layihə üzrə ümumi konsensus əldə edilməlidir. Daha sonra layihə Təhlükəsizlik Şurasının üzvləri tərəfindən təsdiqlənməlidir”, - Fidan qeyd edib.

Türkiyəli nazir həmçinin İsraili atəşkəs rejimini pozmamağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol