Menu

RÜŞVƏT ALDIQLARI TƏSDİQLƏNDİ, AMMA... - Hakim real cəza çəkmələrinə zərurət görmədi!

04.11.2025, 20:27
RÜŞVƏT ALDIQLARI TƏSDİQLƏNDİ, AMMA... - Hakim real cəza çəkmələrinə zərurət görmədi!

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin məhkəmə araşdırması başa çatıb.

“AzPolitika" “Qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Sərbəst mühakimə olunan müttəhimlərin hər biri verilmiş ittihamlarla təqsirli biliniblər. Onlara 9 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, yaşları və xəstəlikləri nəzərə alınaraq real cəza çəkmələrinə zərurət görülməyib. Həmin müddət şərti hesab edilib.

Hökm cinayət işini araşdıran hakim Rasim Sadıqov üçün də xüsusi əhəmiyyət daşıyıb. Belə ki, bununla onun hakimliyi başa çatıb.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin mayında Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib. Prokuror təqsirləndirilənlərin 10 il 6 aya kimi həbsini tələb edirdi.

Fotoda: Yadulla Balışov, Tahir Vəliyev, Saleh Novruzi

Şərhlər

hHüquqşünas 2025-11-04 21:34:07

Bunu necə anlamaq olar? Cinayətkarlar sərbəst buraxıldı.Hakim də işdən ayrıldı.Bu hakimin son rüvəti oldu?Bəs sonra bu məsələ necə olacaq???

molla 2025-11-04 18:52:00

Əladırda...Özləri öz yaşlarını nəzərə almır, lakin məhkəmə alır...

Roma 2025-11-04 18:10:24

Məncə artıq rüşvət adiləşib və ona görə də hakimin qərarı düzdür. Beləliklə, rüşvətə görə cinayət işi Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol