Menu

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb

05.11.2025, 16:42
Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb.

"Report" xəbər verir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb.

Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol