Menu

"Rusların hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi" - Finlandiya XİN rəhbəri

05.11.2025, 16:48
"Rusların hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi" - Finlandiya XİN rəhbəri

Türkiyə xarici işlər naziri Hakan Fidan Helsinkidə finlandiyalı həmkarı Elina Valtonenlə görüşüb.

APA xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Valtonenin Osmanlı imperiyası ilə bağlı fikirləri diqqət çəkib.

“Rusiya imperiyasının hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi”, - “The Russia Idea” kitabından bir parçanı xatırladan Finlandiya XİN rəhbəri bildirib.

Hakan Fidan Valtonenin Osmanlı imperiyası ilə bağlı dediklərinə təbəssümlə cavab verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol