Menu

"Cənubi Qafqazla bağlı hər şey məsləhətləşmələrimizi tələb edir"- Şoyqu

05.11.2025, 17:00
"Cənubi Qafqazla bağlı hər şey məsləhətləşmələrimizi tələb edir"- Şoyqu

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

APA-nın Moskva bürosu TASS-a istinadən xəbər verir ki, görüşdə Şoyqu Qafqazdakı vəziyyətin daim diqqət tələb etdiyini bildirib.

"Bizim üçün saatlarımızı sinxronlaşdırmaq vacibdir. Son hadisələr, regionda - bütövlükdə Qafqazda, Cənubi Qafqazda baş verən müxtəlif inkişaflarla bağlı hər şey daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir", - Şoyqu vurğulayıb.

A.Qriqoryan isə regiondakı vəziyyətlə bağlı detalları bölüşməyə hazır olduğunu bildirib və görüşmək imkanına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Şoyqu-Qriqoryan danışıqları bu gün Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşü çərçivəsində baş tutub. Şoyqunun azərbaycanlı həmkarı Ramil Usubovla da görüşəcəyi bildirilib.

Şərhlər

Kohne 2025-11-05 17:09:31

YƏNI KI.....UKRAYNADAN QURTARAN KIMI SIZINLE. "" QAFQAZ. " LA MƏŠGUL OLACAM.......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol