Belarusun Vitebsk vilayətindəki Naftan neft emalı zavodunda yanğını baş verib.
“AzPolitika” xəbər verir ki, bu barədə BelTA agentliyinin yaydığı məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 17 texnikası və 70-dən çox şəxsi heyəti cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zavod işçiləri ilə birlikdə işləyən yanğınsöndürənlər "yanan maddələri və materialları durulaşdırmaq üçün inert qazları" yanğın mənbəyinə yönəldə biliblər. Eyni zamanda, qəza ərazisi və bitişik qurğular 12 yanğın monitorundan istifadə edərək su ilə soyudulub.
Xəsarət alan yoxdur və yanğının səbəbi araşdırılır.
“AzPolitika.info”


Şərhlər