Menu

Suriya ABŞ qoşunlarının ölkədə yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib edib

07.11.2025, 00:12
Suriya ABŞ qoşunlarının ölkədə yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib edib

Suriya Xarici İşlər Nazirliyi ABŞ-nin Dəməşqdəki hərbi hava bazasına qoşun yerləşdirəcəyi ilə bağlı xəbərləri təkzib edib.

"Report"un məlumatına görə, bu barədə SANA agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Suriya Xarici İşlər Nazirliyindəki mənbə bu xəbərlərin yalan olduğunu təsdiqləyib.

Daha əvvəl bildirilib ki, Vaşinqton Suriya Ərəb Respublikası ilə İsrail arasında təhlükəsizlik sazişinin bağlanmasını asanlaşdırmaq üçün qoşunlarını Dəməşqdəki hərbi aviabazaya yerləşdirməyə hazırlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol