Menu

"Neft Daşları"da indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

07.11.2025, 09:54
"Neft Daşları"da indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

"Neft Daşları" yatağından işlənilməsinə başlanılandan 01.11.2025 tarixinədək 181,8 mln. ton neft hasil edilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yataqdan 14,2 mlrd. kubmetr qaz hasil edilib.

Məlumata görə, yataq Bakıdan 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə yerləşir. SOCAR-ın neft-qaz hasilatının təqribən 70%-i sahilə buradan ötürülür.

Xatırladaq ki, yataqda 1949-cu ildə ilk kəşfiyyat quyusu qazılıb, noyabrın 7-də 100 ton/gün hasilatla neft fontan vurub. Bununla, dünyada açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın əsası qoyulub.

Şərhlər

Konstruktor Bəhram 2025-11-07 10:58:01

Yerin bizə təbii yanacaq-enerji sərvəti maddi nemət və dəqiq mühəndis-texnoloji mənbə kimi ən dəqiq optimal debitlə ona yanaşmağı tələb etmirmi? Hələ AzSSR dövründən belə yüksək ehtiyatlı-ehtibarlı Günəşli yatağımız olub və onun elə son 20-30 illik gündəlik göstəriciləri Neft hasilatı tarixində ən yüksək Elmi-texnoloji dəyər olmalıdır!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol