Menu

Dörd günlük tətil başlayıb

08.11.2025, 00:07
Dörd günlük tətil başlayıb

Bu gündən dörd günlük tətil başlayıb.

APA-nın xəbərinə görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. Bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol