Menu

Azadlıq meydanı hərbi parada hazırdır - Parad saat neçədə başlayacaq?

08.11.2025, 10:57
Azadlıq meydanı hərbi parada hazırdır - Parad saat neçədə başlayacaq?

Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradla bağlı hazırlıq işləri tamamlanıb.

"Report" xəbər verir ki, paradda keçid edəcək şəxsi heyət, hərbi texnika artıq hazır vəziyyətə gətirilib.

Həmin əraziyə yaxın küçə və prospektlər, eləcə də binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib.

Qeyd edək ki, bu gün Bakıda Vətən Müharibəsində Zəfərin 5 illiyinə həsr olunan hərbi parad keçiriləcək. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı gözlənilir.

Bundan başqa, paradı izləmək üçün Bakıya Slovakiyanın, Serbiyanın və digər ölkələrin dövlət nümayəndələri də gəliblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə - hərbi parada start veriləcək.

Azərbaycanın müxtəlif qoşun növlərinin iştirak edəcəyi paradı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və digər qonaqlar izləyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol