Menu

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib

08.11.2025, 12:51
Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İctimai TV-nin efirində İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin rəis müavini Kamo Saakyan bildirib.

İttihama görə, Arutyunyan nazir vəzifəsində olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Ermənistan Respublikası Baş Qərargah rəisinin keçmiş müavini Enriko Apriamov da iş üzrə təqsirləndirilən şəxsdir.

Qeyd edək ki, Mikael Arutyunyan 2007-2008-ci ildə Ermənistanın müdafiə naziri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol