Menu

Rusiyada minik və yük avtomobilləri toqquşub, altı nəfər ölüb

09.11.2025, 14:42
Rusiyada minik və yük avtomobilləri toqquşub, altı nəfər ölüb

Bazar günü səhər saatlarında Rusiyanın Novosibirsk vilayətinin Bolotninski rayonunda, R-255 "Sibir" şosesində VAZ-21099 markalı avtomobillə "Volvo" markalı yük maşını toqquşub.

"Report"un məlumatına görə, hadisə barədə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Region üzrə Mətbuat xidməti xəbər yayıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - iki kişi, bir qadın və üç uşaq ölüb. Yük maşınının sürücüsü xəsarət almayıb.

İlkin məlumatlara görə, qəzaya minik avtomobilinin əks zolağa keçməsi səbəb olub.

Hadisə yerində Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları və istintaq qrupu işləyir. Qəzanın səbəbi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol