Menu

Tailandda turist avtobusu aşıb, xəsarət alanlar var

09.11.2025, 15:06
Tailandda turist avtobusu aşıb, xəsarət alanlar var

Tailandda xarici turistləri daşıyan avtobus qəzaya uğrayıb və 12 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Matchon" qəzeti xəbər yayıb.

Məlumata görə, qəza krallığın şimalındakı dağlıq Lampanq əyalətində baş verib. Avtobus Çianqmaydan Banqkoka gedirmiş, salonda 38 sərnişin olub.

Qəza zamanı xəsarət alan yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bütün sərnişinlər əsasən ərəb ölkələrindən olan xarici vətəndaşlar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol