Menu

Bərdədə nənə və nəvəsi dəm qazından zəhərlənərək ölüb

09.11.2025, 20:04
Bərdədə nənə və nəvəsi dəm qazından zəhərlənərək ölüb

Bərdədə iki nəfər dəm qazından zəhərlənərək ölüb.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.

Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından zəhərləniblər.

Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə Morquna qaldırılıb. Tibbi müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol