Rostov vilayətinin Lixovskaya qəsəbəsində, Şimali Qafqaz Dəmir Yolunun “Lixaya” adlı qovşaq stansiyası yaxınlığında yerləşən neft bazası dron hücumuna məruz qalıb.
Məlumata görə, bu stansiya Moskva–Rostov-na-Donu magistralının üzərində yerləşir və Volqoqrada ayrılan xəttlə birləşir.
“Lixaya” stansiyası hərbi logistika baxımından strateji əhəmiyyət daşıyır, çünki burada çoxsaylı dəmir yolu xətləri və manevr imkanları mövcuddur.
Hücumun hədəfində “RN-Rostovnefteprodukt” şirkətinə məxsus, ümumi tutumu 26 min kubmetr olan “Lixovskaya” neft bazası olub.
"AzPolitika.info"


Şərhlər