Hindistanın Dehli şəhərində baş verən partlaşışda ölənlərin sayı 13 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə NDTV telekanalına Dehli polisinin komissarı Satiş Qolç bildirib.
O, qeyd edib ki, "Hyundai I20" avtomobilində baş verən partlayış nəticəsində 13 nəfər ölüb, daha 24 nəfər yaralanıb. Hadisə zamanı nəqliyyat vasitəsində sürücü və sərnişinlər olub. Avtomobil işıqforda dayanıb, bu vaxt partlayş olub və yaxınlıqdakı digər 22 nəqliyyat vasitəsinə zərər dəyib.
Təhqiqata Hindistanın terrorizmə qarşı mübarizə üzrə aparıcı qurumu Milli İstintaq Agentliyi və Milli Təhlükəsizlik Agentliyi qoşulub.


Şərhlər