Menu

Türkiyənin Balıkesir vilayətində zəlzələ olub

10.11.2025, 23:40
Türkiyənin Balıkesir vilayətində zəlzələ olub

Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ olub. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 21:20-də alınıb.

Zəlzələ ocağı 8,5 km. dərinlikdə yerləşib.

Yeraltı təkanlar ətraf vilayətlərdə hiss olunub.

Bu, Balıkesir vilayətində son 4 gündə qeydə alınan 3-cü zəlzələdir.

Daha əvvəl Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) vilayətdə 4,5 maqnitudada zəlzələnin baş verdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol