Menu

Tramp ABŞ-nin müharibələrdə iştirakını istisna etməyib

11.11.2025, 09:23
Tramp ABŞ-nin müharibələrdə iştirakını istisna etməyib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Vaşinqtonun hər hansı müharibədə iştirak etməsini istəmir, lakin hərbi ssenari yaranarsa, ölkəsi sərt şəkildə addım atacaq.

APA xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsi zamanı danışıb.

“Mən müharibələrdə iştirak etmək istəmirəm. Amma əgər müharibə vəziyyətində olsam, biz tez qalib gələcəyik və bu çox sərt olacaq”, - o deyib.

Tramp bir daha vurğulayıb ki, o və administrasiyası doqquz ay ərzində səkkiz münaqişəni dayandırıb. Lakin hansı münaqişələrdən söhbət getdiyini dəqiqləşdirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol