Menu

Zakir Qaralovun vergi borcu ikiqat artıb

11.11.2025, 11:27
Zakir Qaralovun vergi borcu ikiqat artıb

Keçmiş baş prokuror Zakir Qaralova məxsus "Akkord Korporasiyası" ASC-yə daxil olan müəssisələrdən birinin vergi borcu əhəmiyyətli dərəcədə artıb.

"Akkord-Mingəçevir Maşınqayırma Zavodu"nun vergi borcu 50 min manatı ötüb. Müqayisə üçün, 2020-ci ildə zavodun vergi borcu cəmi 20 min manat idi.

Şirkətin qanuni təmsilçisi Eyvaz Həsənovdur. Zavodun nizamnamə kapitalı 193 min manat təşkil edir.

Məlumat üçün bildirək ki, Zakir Qaralova məxsus olduğu deyilən 20-dən çox şirkətin külli miqdarda vergi borcu yaranıb.

Qaralova məxsus "Qazax Sement Zavodu", "Akkord General Construction", "Akkord Asfalt", "Akkord Hydrotechnical Construction Company", "Akkord Mənzil Kommunal Təsərrüfatı Birliyi", "Akkord Mərmər Qranit", "Akkord Novanord Construction", "Akkord Nəqliyyat", "Steel Force Construction Company", "Akkord Tikinti Sənaye İnvestisiya Korporasiyası", "Akkord Tekstil", "Building Construction Group", "Property Investments", "Accopen", "Hydraulic Mechanisms Company", "Property Investments-1" və digərləri şirkətlərin ümumi vergi borcunun məbləği təxminən beş milyon manata yaxındır. (Mənbə: teleqraf) (Modern.az)

Şərhlər

??? 2025-11-11 16:06:32

Belə məlumatları yaymaqda məqsədiniz nədir? Olduqca cılızlaşmış ictimai şuurda hər hansı bir məmurun əldə etdiyi qeyri-qanuni gəlirlərini ört-basdır etmək? Adiləşdirmə və "qanuniləşdirmə" yolu ilə. Bizim əhl bunsuzda hər şeyin üstündən keçəndir: allahdandır hər şey.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol