Ukrayna Silahlı Qüvvələri eyni vaxtda Pokrovsk şəhərində və onun qərb ətraflarında əks-hücum əməliyyatları həyata keçirir.
Bu barədə Müharibə Araşdırmaları İnstitutu tərəfindən yayımlanan son hesabatda bildirilir.
Analitiklərin məlumatına görə, Ukrayna ordusu Pokrovskun şimalında yerləşən Rodinskoye yaşayış məntəqəsini azad edib. Hazırda Pokrovsk və Mirnoqrad istiqamətində vəziyyət gərgin olaraq qalır — Ukrayna qüvvələri müdafiə mövqelərini saxlamağa çalışır, rus ordusu isə bölgədə hücumlarını davam etdirir.
ISW-nin hesabatında qeyd olunur ki, işğalçıların son günlər Pokrovskun şimal və qərb hissəsindəki irəliləyişi Ukrayna qüvvələrinin davamlı əks-hücum əməliyyatları səbəbindən ləngiyib. Bununla belə, rus qoşunlarının şəhərin şərq və cənub istiqamətində hücumlarını davam etdirdiyi, məqsədin Ukrayna bölmələrini mühasirəyə almaq olduğu bildirilir.
"AzPolitika.info"


Şərhlər