Menu

Dabaq xəstəliyi qiymətləri qaldırdı: Ev quşları bahalaşdı - VİDEO

11.11.2025, 14:01
Dabaq xəstəliyi qiymətləri qaldırdı: Ev quşları bahalaşdı - VİDEO

Paytaxt və region bazarlarında ev quşlarının qiymətində son günlər kəskin artım müşahidə olunur. Xüsusən hind quşu və qazın qiymətində artım daha çox nəzərə çarpır. Satıcılar qiymət artımını 4-5 manat civarında göstərirlər.

Hind quşunun qiymətində adətən yeni il ərəfəsində artım müşahidə olunur, lakin bu il qiymətlərin artımı artıq indi başlayıb. Rayonlarda son bir həftə ərzində hind quşunun bir kiloqramının qiyməti 4-5 manat artıb.

Satıcılar bildirirlər ki, iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması ev quşlarına tələbatı artırıb. Bu hal hind quşu ilə yanaşı qaz və ördəkdə də qiymətlərin yüksəlməsinə səbəb olub.

Məsələn, hind quşunun qiyməti əvvəl 14 manat idisə, hazırda 16-20 manat arasında dəyişir. Qazın kilosu 13-15 manat aralığında olsa da, bəzi bazarlarda 18 manatadək qalxıb. Ördəyin kilosu isə 14-16 manat civarındadır. Satıcılar qeyd edirlər ki, yeni il qabağı qiymət artımı qaçılmazdır.

Şərhlər

Vətəndaş 2025-11-11 15:45:31

Dabaq xəstəliyi həmişə baş verib.amma kütləvi hal almaz.Ölkədə qiymət qaldırmaq,xalqı normal qidalanmadan məhrum etmək üçün qiymət qaldırmaq bir alətə çevrilib.əhalinin gəliri müvafiq hesabla artmadığı bu frq yalnız qidalanma zəifliyi.xəstəliklər və başqa məhrumiyyətlərə səbəb olur.Çox maraqlıdır ki.belə hallara hakimiyyət kənardan baxır. bu cidd iməsələ hökuməti nədənsə heç maraqlandırmır.Xaıq zülümlə yaşayır.

??? 2025-11-11 15:29:30

Dünyanın hər yerində Yeni il qabağı qiymətlərin aşağı düşdüyü deyilir, bizlərdə isə - əksinə. Niyə belədir, görəsən? Bunu kim izah edə bilər? Biz daha ağıllı millətik, yoxsa nə...?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol