Menu

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

11.11.2025, 17:49
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

Bu barədə XİN-in “X” hesabında başsağlığı mesajı paylaşılıb.

“Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır” XİN bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol