Menu

Azərbaycan nümayəndəsi NATO Baş katibinin köməkçisi ilə görüşüb

11.11.2025, 19:40
Azərbaycan nümayəndəsi NATO Baş katibinin köməkçisi ilə görüşüb

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruqe ilə görüşüb.

Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin “X” səhifəsində məlumat verilib.

Cəfər Hüseynzadə NATO nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu nəticələri barədə Boris Ruqeni məlumatlandırıb.

Tərəflər Azərbaycan və NATO arasında əməkdaşlığın müsbət dinamikasını məmnunluqla qarşılayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol