Menu

Qəza səbəbi qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək - Türkiyə Müdafiə Nazirliyi (Yenilənib)

11.11.2025, 21:36
Qəza səbəbi qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək - Türkiyə Müdafiə Nazirliyi (Yenilənib)

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan ərazisində qəzaya uğrayan "C130" hərbi nəqliyyat təyyarəsi ilə bağlı növbəti məlumat yayıb.

Məlumatda deyilir: "Gürcüstanın axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını saat 17:00-da tapıb. Qəza araşdırma qrupumuz hadisə yerinə gedir. Təyyarə qəzasının səbəbi qrupumuz tərəfindən qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək".

***

Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qalıqları tapılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O bildirib ki, axtarış- xilasetmə tədbirləri davam edir.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol