Menu

Rusiya Yaponiyanın daha 30 vətəndaşını “qara siyahı”ya salıb

12.11.2025, 12:24
Rusiya Yaponiyanın daha 30 vətəndaşını “qara siyahı”ya salıb

Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın 30 vətəndaşının ölkəyə girişinə qadağa qoyduğunu açıqlayıb.

“AzPolitika” xəbər verir ki, qadağa siyahısına daxil edilən şəxslərin əksəriyyəti jurnalistlər və yapon universitetlərinin professorlarıdır.

Siyahıya düşən yeganə rəsmi şəxs isə Yaponiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Toşihiro Kitamuradır.

Rusiya XİN-in məlumatına görə, bu qərar müddətsiz qüvvədə qalacaq. Nazirlik qadağanı “Tokionun anti-Rusiya siyasətinə cavab” kimi izah edib. Qeyd olunub ki, Yaponiya Ukraynaya qarşı Rusiya işğalına görə tətbiq etdiyi sanksiyaları payızın əvvəlində genişləndirmişdi.

Xatırladaq ki, oktyabrın sonunda Yaponiyada yeni hökumət formalaşmışdı. Yeni xarici işlər naziri Toşimitsu Motegi ilk mətbuat konfransında bəyan etmişdi ki, Tokio Ukraynaya dəstəyi davam etdirəcək.

Bundan əvvəl, mart ayında Moskva Yaponiyanın o zamankı xarici işlər naziri Takeshi İvayanın da ölkəyə girişinə qadağa qoymuşdu.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol