Venesuelada təhlükəli hərbi hərəkətlilik davam edir. Ölkənin Müdafiə naziri Vladimir Padrino Lopez ABŞ-nin Kariblər bölgəsində artan hərbi fəaliyyətini əsas gətirərək, 200 min əsgərin səfərbər edildiyini açıqlayıb.
Nazir sosial media hesabında paylaşdığı bəyanatda bildirib ki, bu səfərbərlik Venesuelanın üzləşdiyi təhdidlərə qarşı hazırlığın bir hissəsidir və yeni hərbi təlimlərin tərkibində həyata keçirilir.
Lopez ABŞ-nin Kariblərdəki addımlarını hədəf alaraq deyib:“Karib dənizində sülh, ABŞ Dövlət Departamenti tərəfindən uydurulmuş bir yalan üzündən təhlükə altındadır. Bu yalanın məqsədi, ABŞ-də yaşanan ciddi daxili problemlərdən diqqəti yayındırmaqdır. Onlar Venesuelaya qarşı yalanlarını, ziddiyyətlərini və nifrət dolu hücumlarını davam etdirəcəklər. Bizim tərəfimizdə isə daha çox iş, daha çox birlik və vətən sevgisi olacaq”.
Venesuela mediasının məlumatına görə, ölkə üzrə başlanılan səfərbərlik iki gün davam edəcək və bu müddətdən sonra vəziyyətə uyğun olaraq yeni qiymətləndirmə aparılacaq.
"AzPolitika.info"


Şərhlər
Görəsən, 33 il hərbi gündəlik, ya mütəmadi hərbi terror atəşləri altında bizim Yer aləminə müraciətlərimiz də bəzən belə *anlaşılıb*? Təşviş mövzusu tam aydın, başlıq isə tam tərsini andırmırmı? Guya, kiçik Venesuela 200 minlik qoşunla ABŞa qarşı hərəkətə keçir? Reallıqda isə narkokartelə qarşı birgə Polis mübarizəsi əvəzinə Venesuelaya hərbi təcavüz cəhdinə qarşı müdafiəyə hazırlıq deyilmi?